F-1.az bildirir ki, bu il RTL telekanalında ekspert kimi işləyəcək 2016-cı ilin dünya çempionu Niko Rosberq keçmiş barışmaz rəqibi Lyuis Həmiltonu çempionluğa əsas namizəd hesab edir.
Niko Rosberq: “Mənim ilk beşlik üçün olan proqnozum keçənilki yekun nəticəsinə demək olar ki, uyğundur – Həmilton çempion olacaq, lakin Fetteli cüzi fərqlə qabaqlayacaq, sadəcə 1 xalla. Bottas üçüncü olacaq. İlk beşliyi isə Red Bull sürücüləri – Maks Ferstappen və Daniel Rikkardo tamamlayacaqlar”.
Niko kimi RTL-də ekspert işləyən bir başqa sabiq Formula1 pilotu Timo Qlok isə proqnoz verməkdə tələsmir: “Keçən il Ferrari uğurlu çıxışın təməllərini qoydu. Bu il daha artığını edə bilərlər. Ümid edirəm ki, Mercedes və Ferrari arasındakı mübarizə son yarışa qədər davam edəcək”.