N.Rosberq: “Tarixin ən yaxşılarından birini məğlub etdim”

Niko Rosberq bildirib ki, Həmilton Formula1-in ən istedadlı sürücülərindəndir və onu məğlub etmək çempionluğu daha da xüsusi edir.

F-1.az xatırladır ki, Rosberq və Həmilton bir-birini kiçik yaşlardan tanıyırlar. Onlar bir-biri ilə kartinq illərindən mübarizə aparmış və Formula1-də də Çempionluq titulunu qazanıblar.

Niko Rosberq: “Lyuis ilə kiçik yaşlarımızdan bəri bitməyən mübarizənin içindəyik. İkimiz də o vaxtlar Formula1-də yarışmağı və çempion olmağı xəyal edirdik. Əbu Dabidə ikimizin də xəyalları reallaşdı.

Kiçik yaşlarımızda da Lyuis məni bir neçə dəfə çempionluqdan məhrum etmişdi, amma bu il onu, doğrudan da, məğlub edə bildim və çox sevincliyəm. O mükəmməl sürücüdür. Böyük ehtimalla tarixin ən yaxşılarındandır və onun kimi istedadlı sürücünü məğlub etmək sözlə ifadə ediləsi hiss deyil. Mövsüm ərzində liderlik bir neçə dəfə əl dəyişdirdi. Mövsümün əvvəlində ard-arda qələbələr aldım və daha sonra Lyuis qələbələr aldı. Bu formada Əbu Dabiyə gəldik, amma sonda mən sevinən tərəf oldum. Xüsusən də, eyni bolidlə yarışanda işiniz daha çətin olur, çünki fərq yaratmaq üçün pilotaj ön plana çıxır. Bu mövzuda Lyuisdən daha güclü rəqib yoxdur.

Beş xal fərqlə çempion olmaq inanılmazdır. Mövsüm ərzində çətin mübarizələrə girişdik və aramızda ciddi problemlər oldu, amma bunların hamısını həll etdik. Yarışdan sonra Lyuisin məni məğlub etməsi hər şeyə aydınlıq gətirir. Bir-birimizə olan hörməti itirmədik və buna görə sevincliyəm.

Bu müddətdə özümü xarici ünsürlərdən qorumalı olduğumu bilirdim. Yarışa rahat formada çıxdım və bu hal mənə son dövrələrdə kömək etdi. Yarış asan keçmədi. Yarışın əvvəlində Ferstappen ilə mübarizə aparmaq çox çətin idi, amma onu gözəl hücumla geridə qoya bildim. Yarışın sonunda isə Fettelin təzyiqi var idi, amma vəziyyətə nəzarət etdiyim üçün sevincliyəm.

Lyuisin məni ləngitməsi problem deyil. Nəticədə ikimiz də çempion olmaq istəyirdik. O da öz strategiyasını tətbiq etdi. Mükəmməl mövsümə görə onu da təbrik edirəm”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*