N.Rosberq sürətli olmamasına görə təəccüblənib

Yarışa 2-ci yerdən başlayan Rosberg tempinin çox aşağı olmasına görə komanda yoldaşını irəli buraxaraq 3-cü yerə geriləmişdi.

F-1.az xəbər verir ki, bir qədər sonra da pit-stoplarda Fettel, Peres və Alonsodan geri qalan Rosberq son dövrədə də Hülkenberqə keçilərək 7-ci yerdə finiş görüb.

Niko Rosberq: “Tempimin zəif olmasına çox təəccübləndim. Hiss edirdim ki, çox yavaşam, amma bunun nə ilə bağlı olduğunu bilmirəm. O təkərlərə etibar etmirdim və pit-stoplarda da ləngidik. Bu ləngiməyə görə daha çox yer itirdim. Monakoda da itirilmiş yeri bərpa etmək demək olar ki, mümkün deyil. Mən çox yavaş idim və Lyuisin qələbə qazanmaq şansı var idi. Komanda olaraq düzgün qərar verdik və o, bunun öhdəsindən gəldi. Bu təəssüfləndirici olsa da, sadə və düzgün qərar idi”.

Rosberq son dövrədə Hülkenberqə keçilməsini də təkərlərlə əlaqələndirib: “Onun təkərləri daha təzə idi. Mən işlənmiş UltraSoft təkərlərdə idim və onların resursu tükənmişdi. Son döngəlrədə yağış damcılamağa başladı və daha yaxşı təkərlərə sahib olan Hülkenberq məni keçdi. Bu gün çox təəssüfləndim. Öz evimdə yarışı qazanmaq istəyirdim, amma bacarmadım…”

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*