F-1.az xatırladır ki, sıralanma turunun ikinci seansında Rosberq yeganə sürücü olub ki, Soft təkərlə dövrə vurub və SuperSoft təkər istifadə edən rəqiblərindən daha yaxşı nəticə göstərib.
Formula1-in idman reqlamentinə əsasən, üçüncü seansa qalan sürücülər ikinci seansda sürətli dövrə vurduqları təkərlərlə yarışda start almalıdırlar.
Mercedes AMG komandasının texniki direktoru Pəddi Lou düşünür ki, SuperSoft təkərlərlə yarışa çıxan sürücülər beş dövrəsən sonra pitə gəlməli olacaqlar, çünki tras SuperSoft təkərləri tez aşındırır.
Niko Rosberq isə bildirib ki, komandanın oynadığı qumar onlara yarışın əvvəlində üstünlük gətirəcək: “Strategiya olaraq xırdalıqları düşünə bilmirəm, amma bunun bizə faydası çox olacaq.
Bəlkə bizə əlavə üstünlük gətirər. Bu gecə bunun üstündə işləyəcəyik”.
Niko Rosberq karyerasında 23-cü poulunu qazanıb və poulların sayına görə Fernando Alonsonu keçib.
Almaniyalı sürücü sıralanma turunda ERS probleminə görə dövrə vura bilməyən və peletonun sonundan start alacaq Lyuis Həmilton üçün məyus olduğunu deyib: “Həftə bizim üçün yaxşı keçdi və buna görə məmnunam. Bolid sıralanma trunda yaxşı idi və rahat bir dövrə vuraraq, birinci yeri tutdum. Nəticədən razıyam.
Lyuisin bəxti gətirmir və buna görə məyusam. Onunla mübarizə apara bilmədim”.