N.Rosberq startda 5 yer itirəcək

Niko Rosberq son sərbəst yürüşlərdə qəza edib və komandası ötürmələr qutusunu dəyişdirmək məcburiyyətində qalıb. Almaniyalı sürücü buna görə startda 5 yer itirəcək.

F-1.az xatırladır ki, almaniyalı sürücü sonuncu sərbəst yürüşlərdə sol arxa asılqanında problem yaşayıb və buna görə də yerində fırlanaraq, bariyerlərə çırpılıb.

Komanda bu hadisədən sonra bildirib ki, maksimal sürətdə gedərkən asılqan qırılıb və asılqana gözləmədikləri dərəcədə yük düşüb. Mercedes komandası bolidi sıralanma turuna çatdırmağa çalışacaq, amma ötürmələr qutusu dəyişdirildiyi üçün startda 5 yer itirəcək.

Xatırladaq ki, Sebastyan Fettel də ötürmələr qutusunu dəyişdirdiyi üçün startda 5 yer itirəcək…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*