F-1.az xatırladır ki, almaniyalı sürücü son yarış ərəfəsində Həmiltonu 12 xal qabaqlayır. Almaniyalı yarışı podiumda bitirsə, Həmiltonun neçənci yeri tutmasından asılı olmayaraq, Dünya Çempionu titulunu qazanacaq.
Niko Rosberq: “Sözün açığı, son yarışa hansı hisslərlə gedəcəyimi bilmirəm. Deyəsən, sizə bu barədə 4-cü gün danışa biləcəm. Həmişəki kimi çətin yarış olacaq. Formula1-də asan heç nə yoxdur. Çempion olmaq üçün ilk üçlük barədə düşünməməliyəm. Əlimdən gələni edəcəm və qazanmaq üçün yarışacam. Lyuis son yarışlarda əla formadadır. Onu məğlub etmək asan olmayacaq. Yenə də üstün olan tərəf mənəm və bundan maksimum istifadə etmək istəyirəm”.