F-1.az xatırladır ki, ispaniyalı sürücü Kanadada Maksı uzun müddət qovmuş və qələbəyə yaxınlaşmışdı. Lakin Sayns sonda ikinci yeri tutub və qələbə qazanmadan ən çox podiuma yüksələn pilot statusunu əldə edib.
Niko Rosberq: “Sayns yaxşı sürücü ola bilər, amma Dünya Çempionluğunu qazanacaq istedadda deyil, çünki bu il Lekler onu hər yarışda məğlub edib. Lekler onunla eyni səviyyədə olmaq istəyirsə, inkişaf etməlidir. Keçən ildən sonra Karlosun belə performans göstərməsi təəccüblüdür, amma bolid də fərqlidir. Öyrəşməsi üçün bəlkə də vaxt lazımdır”.