N.Rosberq RTL-də çalışacaq

Almaniyanın RTL telekanalı Formula1-in yayımı üçün 3 illik müqavilə bağladıqdan sonra Niko Rosberqi ekspert kimi işə dəvət edib.

F-1.az bildirir ki, 2016-cı ilin dünya çempionu 20 il kanalla əməkdaşlıq edən Niki Laudanı əvəz edəcək…

Niko Rosberq: “Biz razılaşdıq. Nikidən əvvəl kanalda mənim atam çalışırdı, ona görə də mən yenə də ailə ənənəsini davam etdirəcəm və səbirsizliklə yeni mövsümün başlanmasını gözləyirəm”.

Rosberqlə birlikdə kanalın eksperti kimi keçmiş sürücü Timo Qlok çalışacaq…

Timo Qlok: “Hər şeydən əvvəl, azarkeşlərə görə şadam – RTL F1-i pulsuz yayımlayacaq. Mənə elə gəlir ki, mən işimin öhdəsindən pis gəlmirdim, teleauditoriya məndən razı idi və RTL gələn il mənimlə bütün yarışlarda işləyəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*