F-1.az xatırladır ki, iki uğursuz mövsümdən sonra McLaren komandası Rikkardo ilə yolları ayırıb və avstraliyalı sürücü komandasız qalıb. Lakin Red Bull komandası onu ehtiyat sürücü kimi heyətinə qatıb.
Niko Rosberq: “Danielin üçüncü pilotluğu qəbul etməkdən başqa şansı yox idi. Haas-da bir yer olsa da, Daniel ora getməzdi. O, güclü komandada yarışıb, xallar və podiumlar qazanmaq istəyir.
Onun üçün asan deyildi. İki il əvvəl ona gələcəyin çempionu kimi baxırdılar, amma indi idmandan bu cür ayrılmalı oldu. Nəyə görə bu qədər geri qaldı bilinmir.
Daniel eyni maşında Sebastyanı məğlub etmişdi. O, yaxşı sürücüdür və iki il ərzində fərqli maşınlarla geridə qalması təəccüblüdür. Üçüncü sürücü rolu ona yaxşı gələcək və bu il dincələcək. Bəlkə də, qayıtmaq üçün şansı olar”.