N.Rosberq: “Rəqiblərimizlə aramızdakı fərq məni təəccübləndirdi”

Bakıda keçirilən ilk yarışda poulun sahibi olan alman sürücü Mercedes AMG-nin rəqiblərindən bu qədər üstün olmalarına görə təəccüblənib.

F-1.az xəbər verir ki, dünən sıralanma turundan sonra Mercedes AMG komandası brifinq təşkil edib. Hər iki sürücü sıralanma turu və tras barədə öz fikirlərini bölüşüb. Brifinqdə saytımızın əməkdaşı da iştirak edib.

Niko Rosberq: “Düzlük çox uzundur. Fərqin bu qədər böyük olması bizi təəccübləndirdi. Peresin 2-ci olması gözlənilməz oldu. Hər yarışda başqa bir komandanın nəticəsi bizimkinə daha yaxın olur və bu da bizi daha çox işləməyə vadar edir. Mənim üçün trasın ən çətin hissəsi 15-ci döngədir. Sürətlə gəldikdən sonra əyləci sərt şəkildə basmalı, sola dönərək maili yolda hərəkət etməlisən. Orada əylənmə nöqtəsini tapmaq çox çətindir və deyə bilərəm ki, hələ də tapmamışam. Döngənin girişi çox dardır və döngəyə ideal trayektoriya ilə girsən belə, divara çox yaxın keçməli olursan və hər dəfə qəza ehtimalı olur”.

Lyuis Həmilton: “Mən maksimumu etməyə çalışırdım. Yeni tras olduğundan limitləri müəyyən etmək çətindir. Asfaltla ilişmə azdır. Buna görə də, səhvlər qaçılmazdır. Mənim səhvim nəticəsi də onunculuq oldu. Maşın əla vəziyyətdədir, rəqiblərimizlə aramızdakı fərq çoxdur. Tras yenidir və hamı burda ilk dəfə yarışır. Buna görə şansların yaxın olduğunu demək olar. Amma biz bura lider kimi gəlmişik, burdan da lider kimi gedəcəyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*