N.Rosberq: “Rahat yarış olmayacaq”

Niko Rosberq komanda yoldaşının 10-cu yerdən başlamasına rəğmən yarışın asan keçməyəcəyini düşünür.

F-1.az xəbər verir ki, Lyuis Həmilton motorundakı MGU-H probleminə görə sıralanma turlarının son seansında trasa çıxa bilməyib və sabah yarışa 10-cu yerdən başlayacaq. Bunun müqabilində, Mercedes AMG-nın digər sürücüsü Niko Rosberq poulu çox rahat qazanıb.

Amma buna rəğmən Niko yarışın çətin olacağını düşünür: “Lyuisin problemi digər sürücülərə sərf etdi. Amma Formula1-də rahat yarış olmur. Rəqiblərim arxamda olacaq. Mən diqqətimi yarışa verməli və qalib gəlməliyəm. Necə ki, son turumda tamamilə diqqətimi buna yönəltmişdim. Həmin turun poul üçün kifayət edəcəyini bilirdim. Ferrari-lərin çatmayacağını bilirdim, amma Lyuisin seansa çıxa bilməyəcəyindən xəbərim yox idi”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*