F-1.az xatırladır ki, FİA bu ildən etibarən radio danışıqlarına məhdudiyyətlər qoyub – yəni komandalar sürücülərinə bolidlə bağlı heç bir məlumat verə bilməzlər.
Niko Rosberq yeni qaydadan razı qalan sürücülərdəndir. Almaniyalı sürücü bildirib ki, Avstraliyada bütün problemlərlə təkbaşına mübarizə aparıb və buna görə də xoşbəxtdir: “Məncə FİA bu qərarla sürücülərin çiyninə ağır bir yük qoyub və məncə, bu çox doğrudur.
Yeni qaydalar hamımızın işini çətinləşdirir, amma artıq yarışda özümüzü daha məsuliyyətli və sərbəst hiss edirik.
Komandalar radio vasitəsilə sürücülərinə məlumatlar verirdilər və yarışmaq artıq çox asanlaşmışdı. İndi görək bəzi sürücülər komanda əmrləri olmadan nələr edə biləcəklər”.
Qeyd edək ki, komanda rəhbərləri ilə FİA radio danışıqlara məhdudiyyətlərlə bağlı qaydaları sonuncu iclasda müzakirə ediblər və belə qərara alınıb ki, strategiya ilə bağlı sürücülərə cüzi məlumatlar verilə bilər…