N.Rosberq qərarını Həmiltona əvvəlcədən deyibmiş

Niko Rosberq Formula1-dən ayrılacağı ilə bağlı rəsmi açıqlama verməmişdən əvvəl Həmiltona bu barədə deyibmiş.

F-1.az xatırladır ki, Rosberq və Həmilton 2016-cı ildə çempionluq uğrunda mübarizə aparmış və sonda almaniyalı sürücü qalib gələn tərəf olmuşdu.

Britaniyalı sürücü İnstagram hesabında Rosberqlə uşaqlıq şəkillərindən birini paylaşaraq, belə yazmışdı: “O vaxt deyirdik ki, çempion olacayıq və ikimiz də olduq. Təbrik edirəm Niko! Bir çempionun etməli olduğu hər şeyi etdin. Buna layiq idin”.

Rosberq FİA-nın mükafatlandırma mərasimində idmandan gedəcəyini Həmiltona əvvəldən dediyini və bunun daha düzgün olacağını deyib: “Daha əvvəl Lyuisə bu barədə dedim. Belə də olmalıdır. Çox mübarizə apardıq və çox şey yaşadıq. Buna görə də bu qərarımı birinci ona dedim. Bəlkə bu gecə görüşdük. Qısa açıqlama idi. Əsas məqsədim komandaya məlumat vermək idi. Mənə yaxın olan hər kəsə məlumat verə bilmədim. Lyuisə bir mesaj göndərdim”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*