N.Rosberq: “Qələbəni startda əldən verdim”

F-1.az xatırladır ki, Macarıstan Qran Prisində startda ləngiyən və Lyuis Həmiltondan geri qalan almaniyalı sürücü ilk döngədə hətta Daniel Rikkardoya da keçilmişdi. Lakin dərhal onu yenidən keçmiş və yarışın sonuna qədər Həmiltonu izləmiş, bütün yarış boyu bir dəfə də olsun hücum etmək fürsəti olmamış və komanda yoldaşının çempionatda liderliyə yüksəlməsinə mane ola bilməmişdi.

Niko Rosberq: “Yarışın taleyi o anda həll olundu. Startım pis deyildi, lakin Lyuisinkindən bir qədər yavaş idi. Amma Daniel çöl tərəfdən gəldi və önümə keçdi. Hər iki tərəfimdə maşın olduğu üçün bir qədər ləngiməyə məcbur oldum. İkinci döngədə Danieli keçə bildim. Lyuislə xallarımız demək olar ki, eynidir. Mövsümün geridə qalan hissəsi çox gözıl keçdi. Həmişə dediyim kimi, mən çempionatdakı vəziyyətə əhəmiyyət vermirəm. Diqqətimi yarışlara yönəldirəm. İndi fikirləşdiyim yeganə şey Hokkenhaymdakı yarışdır və orada qalib gəlmək istəyirəm”.

 

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*