Bu qələbədən sonra artıq hər şey Nikonun əlindədir. O, hətta qalan bütün yarışları ikinci yerdə tamamlasa belə, titulun sahibi olacaq.
Niko Rosberq: “Necə də möhtəşəm həftəsonu idi! Suzukada hər şey çox əla idi. Xüsusuilə də, belə əfsanəvi bir trasda qazanılan qələbə daha xüsusi olur. Həqiqətən də, çox xoşbəxtəm. Mənim üçün, komandam üçün əla yarış idi. Ümid edirəm ki, qalan 4 yarışda da belə yaxşı nəticə əldə edə bilərik.
Komandadakı hər kəsi Mühəndislər Kubokunu 3-cü dəfə qazanmağımız münasibəti ilə təbrik edirəm. Buna layiq idik. Mövsümboyu əlimizdən gələni etdik və çox çalışmağımızın qarşılığını aldığımız üçün xoşbəxtəm”.