F-1.az xatırladır ki, almaniyalı sürücü keçən il Dünya Çempionu titulunu qazandıqdan 5 gün sonra istefa verərək, Formula1 karyerasını bitirmişdi.
Niko Rosberq: “Formula1-ə qayıtmaq alternativlərim arasında deyil. Həyatımda reallaşdırmaq istədiyim hər şeyi bacardım və artıq yeni şeylər sınamaq istəyirəm. Yarışlar üçün darıxmıram. Artıq yarışları izləmək bəs edir. Lyuislə rəqabət bitdikdən sonra aramız düzəldi. Bu il o daha güclü idi və çempionluğa layiq idi. Gələn il ön qrupdakı fərqlər azalsa, daha gözəl yarışlar görə bilərik. Belə olsa, azarkeşlərin də marağı artar”.