N.Rosberq: “Özümü rahat hiss edirəm”

Niko Rosberq bildirib ki, Əbu Dabi yarışı ərəfəsində özünü rahat hiss edir və bunun haqlı səbəbləri var.

F-1.az xatırladır ki, Rosberq son yarışa 12 xallıq üstünlüklə gedir və yarışda podium qazansa, karyerasının ilk Dünya Çempionu titulunu əldə edəcək.

Niko Rosberq: “Üçqat Dünya Çempionu Lyuis Həmilton ilə mübarizə aparmaq və öndə olmaq yaxşı hissdir. Qazanmaq üçün əlimdən gələn hər şeyi edəcəm.

Braziliyadakı yarışdan sonra özümə vaxt ayırdım və dincəldim. Dostlarımla və ailəmlə vaxt keçirdib, beynimi təmizlədim. Bu yarışa fərqli formada yanaşa bilmərəm. Nəticədə mən Formula1 sürücüsüyəm. Yarışlara gələndə ilk məqsədim qalib gəlmək olmalıdır. Təbii ki, mövsümün son yarışıdır və çempion olmaq şansım var. Amma mən icazə vermərəm ki, bu, məni stressə salsın. Yarış yaxınlaşdıqca stressim artır. Ümid edirəm ki, insanlara yaxşı şou nümayiş etdirərik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*