F-1.az xatırladır ki, Rosberq bu mövsüm 18 yarışdan 9-da qalib gəlib və sona 3 yarış qalmış ən yaxın rəqibini 26 xal qabaqlayaraq birinci yerdədir.
ADAC-ın idman üzrə rəhbəri Herman Tomsik bu barədə danışıb: “Niko mükəmməl mövsüm keçirtdi. 18 yarışdan 9-da qalib gəlməsi hər şeydən xəbər verir. Niko çətin dövrlərə baxmayaraq, komanda yoldaşına və rəqiblərinə qarşı yaxşı mübarizə apardı. 2016-cı ildə çempion olsa da, olma sa da ADAC-ın “İlin Avtoidman Adamı” mükafatina layiqdir”.
Niko Rosberq də öz təəssüratlarını bildirib: “Bundan qürur duyuram. Bu mükafat Almaniyanın avtoidmandakı vacib şəxslərinə verilib.
Bu mövsüm bir neçə dəfə podiuma çıxdım və bunu komandama borcluyam. Mercedes olmasa, yarışları qazana bilməzdim. ADAC-ın bu mükafatı mənə motivasiya verdi. Buna görə təşəkkür edirəm”.