N.Rosberq mühərrik probleminə görə çempionluğu itirməkdən qorxmur

Niko Rosberq bildirib ki, mühərrik probleminə görə çempionluğu itirməkdən narahat deyil. Çünki bu, ondan asılı deyil.

F-1.az xatırladır ki, Rosberq Mercedes dövründə bir neçə dəfə mexaniki problem yaşayıb. Xüsusən də, 2014-cü ilin Əbu Dabi yarışında almaniyalı sürücü çempionluğu əldən vermişdi. Amma bu il Lyuis Həmilton daha çox problem yaşayıb. Britaniyalının Malayziyada mühərriyi dayanmışdı və buna görə də hazırda Nikodan 23 xal geridədir.

Niko Rosberq: “Bu mövzuda narahat deyiləm. Enerjimi başqa şeylərə yönləndirirəm. Artıq təsir göstərə biləcəyim şeylərə fokuslanıram. Eyni zamanda komanda problemləri həll etmək üçün əlindən gələni edir. Bu həftəsonu bəzi dəyişikliklər etdilər.

Bunun çempionluğa təsir edəcəyindən qorxurammı? Xeyr. Çempionluq daha uzaq nöqtədədir.

Lyuisin uğursuzluqları barədə çox düşünmürəm. Öz işimə fokuslanıram. Sepanq bizim üçün çətin keçdi. Onun yaşadığı problemlərdən cəsarət də almıram. Lyuis çətin anlardan daha güclü çıxır. Onun daha güclü şəkildə qayıdacağını bilmək mənə cəsarət vermir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*