N.Rosberq Monakodakı tempinə görə məyusdur

Niko Rosberq bildirib ki, Monakodakı sürət problemi komandanın ona Həmiltona yol verməsi ilə bağlı tətbiq etdiyi komanda əmrindən daha pisdir.

F-1.az xatırladır ki, almaniyalı sürücü yaş trasda təkərlərini lazımı istiliyə çatdıra bilməmişdi və komanda ondan Həmiltona yol verməsini istəmişdi. Bu arada isə yarışın lideri olan Daniel Rikkardo aradakı fərqi xeyli artırmışdı.

Rikkardonun fərqi artırdığını görən Mercedes belə qərara gəlmişdi ki, əgər onlar avstraliyalını məğlub etmək istəyirlərsə, Həmiltonu rahat buraxmalıdırlar. Buna görə də Rosberqə göstəriş verilmişdi.

Rosberq bilir ki, itirilən bu xallar çempionluq yarışında ona baha başa gələ bilər, amma yaş trasda geri qalmaqlarının səbəbini anlamaq almaniyalı sürücü üçün daha vacibdir. Jurnalistlər Rosberqdən “Həmiltona yol vermək səni məyus etdimi?” soruşublar: “Məyus olmaq? Bolidin içindəki vəziyyət daha məyusedici idi.

Bu çox pis hal idi, çünki bolidi o şəraitdə idarə etmək mənə heç bir inam vermirdi. Monakoda belə hiss etmək heç də yaxşı deyil.

Buna görə də bu yarış çox darıxdırıcı idi, çünki boliddə hiss edirdim ki, qələbə uğrunda mübarizə apara bilməyəcəm”.

Rosberq bildirib ki, bir neçə gün ərzində hadisənin nədən irəli gəldiyi araşdırılacaq. Bu problemin təkərlərdənmi, yoxsa əyləclərdənmi əmələ gəldiyi dəqiq bilinmir: “Bunun üçün hələ heç bir açıqlama yoxdur. Sadəcə bolid mənə inamlı təsir bağışlamırdı. Limitlərdən uzaq olmağa çalışdım, yoxsa divara çırpılardım. Bildiyimiz tək şey var: Əyləclərin istiliyndə problem yaşadıq. Bu çox böyük problem kimi görünür və yarışda da deyəsən bu problemlə üzləşmişdik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*