N.Rosberq Monako Qran Prisinin promouteri olacaq?

Keçən mövsüm başa çatandan dərhal sonra karyerasını bitirdiyini elan edən Niko Rosberq Monako Qran Prisinin təşkilatçısı postunda özünü sınaya bilər.

F-1.az Fransanın Nice-Martin resursuna istinadən xəbər verir ki, son dünya çempionu bu həftəsonu Monako Avtomobil Klubunun prezidenti Mişel Boeri ilə görüşməyi planlaşdırır. Boerinin sözlərinə görə, Niko onun rəhbəri olduğu qurumda iş imkanları ilə maraqlanır.

Mişel Boeri: “Kimsə mənim vəzifəmi tutmaq istəyirsə, 2021-ci ili gözləməlidir – mənim səlahiyyət müddətim həmin il başa çatacaq. Niko bildirdi ki, bizimlə işləmək istəyir. Onun bir yarışçı kimi trası necə yaxşılaşdırmaq barədə təklifləri var. Bundan başqa, Niko təhlükəsizlik sahəsində yol verdiyimiz boşluqları bizə göstərə bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*