F-1.az xəbər verir ki, komanda yoldaşı ilə xal fərqini 43-ə çatdıran Niko bundan olduqca razıdır. Yarışdan sonra öz təəssüratlarını bildirən sürücü deyib: “Mükəmməl həftəsonu oldu. Maşınım həm sıralanma turunda, həm də yarışda əla idi. Çox xoşbəxtəm və hər kəsə təşəkkür edirəm. Tras və buradakı atmosfer də əla idi.
Bu gün səhv etməməyə və işimi diqqətli görməyə çalışdım. Yarışdan zövq aldım. Lyuisin sürəti əla idi və o, 2-ci ola bildi. Onun hər dövrədəki nəticələrinə baxırdım və çalışdım ki, fərqi qoruyum. Bu mövsüm təqvimdə olan 21 yarışdan sadəcə 4-ü geridə qalıb. Lyuis qələbələr qazanmağa başlayacaq. O, bunu istəyir və motivasiyası yüksəkdir. Çempionluq barədə düşünmək üçün çox tezdir. Hər yarışdan maksium nəticə almağa çalışıram. İndidən İspaniya yarışını gözləyirəm. Yaxşı maşına sahibəm və qalib gəlmək üçün mübarizə aparmağa davam edəcəm”.
Qeyd edək ki, bu, Rosbergin mövsümdəki 4-cü, ümuilikdə isə ardıcıl 7-ci qələbəsi oldu. O, ardıcıl qələbələr hesabında Alberto Askari və Mixael Şumaxerə çatdı. Növbədə isə ardıcıl 9 qələbəsi olan Sebastyan Fettel var.