N.Rosberq Mercedes-lə yeni müqavilə bağlamağa çox yaxındır…

Son 5 yarışda qalib gələn və Çin Qran Prisində poul qazanan Niko Rosberq Mercedes AMG ilə müqaviləsinin uzadılmasına nail ola bilər.

F-1.az xəbər verir ki, Britaniya mətbuatında Mercedes AMG-nin Rosberqə yeni müqavilə təklif etdiyi, müqavilənin şərtləri haqda müzakirələrin davam etməsi barədə xəbərlər dolaşır. Jurnalist Daniel Conson isə bildirib ki, Niko Rosberq komandadan maaşının artırılmasını tələb edib. Əsas müzakirələr də maaş mövzusundadır.

Qeyd edək ki, Toto Volff da Niko barədə müsbət fikirdədir və bu da müqavilənin uzadılmasında həlledici rol oynaya bilər: “Niko şəxsiyyət olaraq özünü çox inkişaf etdirib. Bir sürücü kimi də öyrənməyə və inkişaf etməyə davam edir. O, son bir neçə il əvvəl tanıdığım adam deyil…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*