F-1.az xatırladır ki, 2022-ci ildə Mercedesin idmandakı hegemonluğu sona çatıb və onlar mövsüm ərzində sadəcə 1 qələbə qazana biliblər.
“Gümüşü oxlar”ın əsas problemlərindən biri düzlük sürətidir. Bunu həll etsələr, çempionluq uğrunda əsas favoritlərdən biri ola bilərlər.
Niko Rosberq: “Bolid Ferrari və Red Bull-dan çox sürtünməyə məruz qalır və düzlükdə rüzgarı kəsə bilmir. Bu problem həll olunmalıdır. Onların çempionluq uğrunda ən böyük maneləri budur. Bəs qış tətilində bu həll olunacaq? Məncə yox. Hətta builkindən də bir az zəif olacaqlar, çünki bu il inkişaf etməmişdən əvvəl problemləri həll etmək üçün çox vaxt itirdilər. Buna görə də yenə geri qalacaqlar, amma mövsümün ortasına doğru titul uğrunda mübarizəyə qoşulacaqlar”.