F-1.az xatırladır ki, Mercedes komandası Rosberqin istefasından sonra Williams komandasından Bottası transfer etmiş və finlandiyalı ilə birillik müqavilə imzalamışdı.
Mercedes Motorsport-un rəhbəri Toto volff bildirmişdi ki, Bottas 2017-ci il mövsümündə özünü yaxşı tərəfdən göstərməlidir. Belə olan halda 26 yaşlı sürücü ilə müqavilə uzadılacaq.
Bundan başqa 2018-ci ildə Alonso, Fettel, Rəykkönen, Peres və Sayns kimi sürücülərin komandaları ilə müqavilələri bitəcək.
Niko Rosberq: “Bottas qərarı yeni mövsüm üçün məntiqli seçimdir. Bunu başa düşürəm. Amma növbəti mövsüm Fettelin komandası Ferrari ilə müqaviləsi bitir. Mercedes bu alternativi də dəyərləndirəcək. Bu, onlar üçün məntiqli seçim olar”.