F-1.az xatırladır ki, söz-söhbətlərə görə Mercedes Bottasın əvəzinə gənc Rasseli gətirmək istəyir. Lakin finlandiyalı sürücü bu il qənaətbəxş nəticə göstərir və 10 yarışda 6 dəfə podiuma yüksəlib.
Niko Rosberq: “Bu çətin qərardır, çünki Bottas yaxşı yarışır və komandada qalmağa layiqdir. Ancaq eyni zamanda Rassel də gələcəyin ulduzudur. Çox zəif bolidlə sıralanma turunda son sessiyaya qala bilir. Corc doğrudan da yaxşı sürür. Buna görə də Mercedes-də sürməyə layiqdir. Buna görə də komanda çox çətin qərarla üz-üzə qalıb. Onlar belə nə edəcəklərini bilmirlər. Görək nə olur”.