F-1.az xatırladır ki, Niko Rosberq çempion olduqdan sonra hamının gələn mövsümün necə keçəcəyini düşündüyü bir anda karyerasını bitirdiyini açıqlamışdı. Niko Mercedes AMG ilə yayda bağladığı ikiillik müqaviləni pozaraq, hardasa, 50 milyon dollarlıq gəlirin üstündən xətt çəkmişdi.
Rosberq Mercedes-in avtoidmandakı fəaliyyətində rol oynamağı qəbul etməsə də, səfir olmaq təklifini xoş qarşılayıb. O, yeni vəzifəsinə sabah Mercedes-in partnyorlarından olan IWC Schaffhausen-in təşkil edəcəyi tədbirdə Lyuis Həmilton ilə birlikdə iştirakla başlayacaq.