Niko Rosberq: “Frederik Vassyör Toto Volf deyil. Ferrari-nin yeni lider axtararkən hansı çətinliklərlə üzləşdiyini gördüm. Bu vəzifəyə kimisə tapmaq çox çətin oldu. Totonun Mercedes-də necə işlədiyini görmüşəm və onun bütün zamanların ən yaxşı komanda rəhbəri olmasına şübhə etmirəm – ən azından mənim üçün belədir. Onlarda isə belə bacarıqlı heç kim yoxdur.
Ferrari 2022-ci ilə əla bir başlanğıc etdi, çünki bir il əvvəl hamıdan əvvəl maşın üzərində işləməyi dayandırmışdılar və yeni bir layihəyə keçmişdilər. Mövsümün əvvəlində ən sürətli maşın onlarda idi və Şarl Lekler əla forma yığmışdı. Ancaq il ərzində özləri hər şeyi əldən verdilər.
Red Bull-la başabaş gedə bilmədilər, çox səhvlərə yol verdilər. Nəticədə mövsümün sonunda təmiz sürət baxımından onların maşını Red Bull ilə rəqabət apara bilmədi. Ona görə də növbəti mövsümdən onlardan çox da gözləntim yoxdur. Əksinə, Mercedes Red Bull-un əsas rəqibinə çevriləcək”.