N.Rosberq: “Mən Formula1 pərəstişkarı olaraq qalıram”

Niko Rosberqin karyerasının əvvəlində sürücülərin üzərinə indiki qədər çox iş düşmürdü. Bütün sürücülərin mövsümöncəsi testlərdə iştirak etmək məcburiyyəti yox idi.

Lakin indi vəziyyət fərqlidir. Sürücülər yanvar ayından fiziki hazırlıqlara başlayırlar. Fevral ayının sonunda isə onları gərgin test proqramı gözləyir. Çempion olduqdan sonra gözlənilmədən karyerasını bitirən Niko Rosberq uzun fasilədən sonra bu il qış aylarını istirahət edərək keçirib.

F-1.az xəbər verir ki, CNN-ə müsahibə verən Niko Avstraliya Qran Prisi ərəfəsində özünü necə hiss edəcəyini bilmədiyini deyib: “Hələ ki, bilmirəm. Bildiyim odur ki, mən hələ bu idmanın pərəstişkarıyam. Yeni maşınları trasda yarışarkən görmək çox maraqlı olacaq. Mənə də maraqlıdır ki, necə olacaq. Formula1-də işgüzar əlaqələr qurmağa hazıram. Lakin mən bir daha əmin oldum ki, karyeramı bitirməklə düz addım atmışam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*