N.Rosberq: “Mən də öz mühəndislərimi Həmiltona verdim”

Niko Rosberq Lyuis Həmiltonun 2016-cı ilin əvvəlində edilən mühəndis dəyişikliyi ilə bağlı sözlərinə cavab verib.

F-1.az xatırladır ki, Mercedes mövsümün əvvəlində Həmilton və Rosberqin 5 mühəndisini qarşılıqlı olaraq dəyişdirmişdi. Burada təkcə mühəndislər yox, həm də mexaniklər dəyişdirilmişdi.

Mercedes Motorsport-un başçısı Toto Volff iki sürücü arasında ayrıseçkilik olmasın deyə, bu cür dəyişiklik etdiyini demişdi.

Jurnalistlər Əbu Dabidə bu barədə Rosberqdən soruşanda Həmilton araya girmiş və “sənə nə cür səbəblər dedilər maraqlıdır. Tam olaraq nə olduğunu öyrənmək üçün 10 il ərzində çıxaracağım kitabı gözləyin. Maraqlı kitab olacaq” demişdi.

Həmilton Rosberq çempion olduqdan sonra mühəndis mövzusunu yenidən gündəmə gətirmiş və Mercedes-i tənqid etmişdi. Britaniyalı keçən həftə bildirmişdi ki, gələn il əvvəlki mühəndisləri ilə yox, yeni mühəndisləri ilə işləmək istəyir.

Rosberq Həmiltonun açıqlamaları barədə danışıb: “Mən də mexaniklərimi əldən verdim. Mercedes-ə təzə gələndə iki mühəndisimi ona verməli oldum. Bütün reallıq bundan ibarətdir. Olanlar barədə mən də kitab yaza bilərəm. Bəlkə bir gün edərəm. Çox dəlisov və maraqlı hekayələr alınar”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*