F-1.az xatırladır ki, McLaren son iki mövsümdə podium görə bilməyib. Britaniyalılar 2015-ci ildə xal uğrunda mübarizə apardıqları halda, 2016-cı ildə, demək olar ki, hər yarış xal alaraq, 6-cı olmuşdular.
McLaren komandası bu mövsüm də böyük nəticələr gözləmir, amma Rosberq britaniyalılara inanır: “Fernando bu il podiuma çıxacaq, ya da podiuma çox yaxın olacaq. McLaren çox böyük bir komandadır və son iki mövsümdə xeyli inkişaf etdilər. Bu il onlardan yaxşı nəticələr gözləyirəm. Böyük komandalar yeni qaydalara daha tez öyrəşirlər. Təbii ki, digər komandalardan da sürpriz nəticələr gözləmək olar. Amma Fernando yüksək səviyyəli sürücüdür və bolidin potensialından artığını ala bilir. Buna görə də əla fürsətləri var.
Bundan başqa Mercedes-də komanda daxilində çətin mübarizə olacaq. Valtteri çox güclü sürücüdür və işini yaxşı görsə, qələbə uğrunda mübarizə apara bilər. Ferrari-nin çempionluq uğrunda mübarizə aparacağına inanmıram. Məncə, Mercedes-in əsas rəqibi Red Bull olacaq. Görək nə olur. Bizi uzun bir il gözləyir”.