F-1.az xatırladır ki, Serxio Peres Ciddədəki yarışı qazandığı halda, Maks 15-ci başladığı yarışı ikinci yerdə bitirib. Lakin niderlandlı sürücü yarışdan sonra xoşbəxt deyildi. O, atası və meneceri ilə birgə komanda yoldaşı Peresin qələbəsinə sevinməyib.
Niko Rosberq: “Bu əsəbpozucudur. Bizə deyilənə görə şənbə günü trasdan tez gedib və komandanın brifinqinə qatılmayıb. Bu doğru deyil, çünki mövsümün əvvəlidir və komanda yaxşı performans göstərir. Güclü bolid düzəldiblər və hər şey yaxşı işləyir. Maks daha nəzakətli olmalıdır