N.Rosberq Lekleri tənqid edib

Sabiq Formula1 sürücüsü Niko Rosberq İmoladakı səhvinə görə Şarl Lekleri tənqid edib.

F-1.az xatırladır ki, monakolu sürücü İmola yarışında Pereslə ikinci yer uğrunda mübarizə apararkən yerində fırlanıb və sonda 6-cı yerlə kifayətlənməli olub.

Niko Rosberq: “Şarl Lekler çempionluq uğrunda mübarizə aparmaq istəyirsə, öz səhvinə görə yerində fırlanmamalıdır. Peresə təzyiq göstərmək istədi, amma təzyiq əsas Leklerin üzərində idi. Çünki o, qovan tərəf idi. Çempion olmaq istəyirsə, belə səhvlərdən qaçmalıdır.

Məncə, Ferrari də səhv etdi. Ön qanadın necə işlədiyini görməli idilər. Buna görə də trasda qalmalı idi. Komanda da vəziyyətə nəzarət etməli idi. Qanad elə də pis görünmürdü. Sadəcə sağ tərəfi qırılmışdı. Lekler bəlkə də, yarışı rahatlıqla 4-cü yerdə bitirərdi. Buna görə də Ferrari də səhv elədi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*