N.Rosberq: “İtaliyada qalib gəlmək əla hissdir”

Montsada ilk dəfə qələbə qazanan Niko özünü xoşbəxt hiss edir.

F-1.az xatırladır ki, Motsada şənbə günü sıralanma turunda komanda yoldaşı Lyuis Həmiltondan yarım saniyə geri qalan alman sürücü yarışa 2-ci yerdən başlamışdı. Startda Lyuisin ləngiməsindən istifadə edən Niko liderliyi ələ almış və finiş xəttinə qədər üstünlüyünü əldən verməyərək qalib gəlmişdi. O, bu qələbə ilə çempionatdakı xal fərqini 2-ə endirib.

Niko Rosberq: “Bizim üçün xüsusi gündür. Nəhayət ki, burada – Montsada qalib gəldim. Möhtəşəm hissdir. Bu nəticə məni çox sevindirir. Startda çox böyük bir fürsət əldə etdim və yarışda hər şey itədiyim kimi getdi.

Ferrari pilotları SuperSoft təkərdə idilər və sürətli idilər. Amma hər şey getdikcə bizim xeyrimizə dəyişməyə başladı. Sürətimiz əla idi. Hər şeyi nəzarətdə saxlayırdıq”.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*