F-1.az xatırladır ki, sıralanma turunda son döngədə səhvə yol verən Mercedes AMG-nin alman sürücüsü komanda yoldaşı Lyuis Həmiltona 0,4 saniyə fərqlə uduzaraq 2-ci olub.
Niko Rosberq: “Lyuisin dövrəsi daha sürətli idi və onu məğlub etmək çox çətin idi. Təəssüf ki, son döngədə səhvə yol verdim. O döngədə sanki, nə isə yolunda deyildi, çünki orada maşının arxası çox sürüşürdü. İkinciyəm və bu, start üçün heç də pis yer deyil. Bu il dəfələrlə görmüşük ki, ikinci yerdən start alaraq qalib gəlmək mümkündür. Buna görə də yarışa nikbin yanaşıram”.
Qeyd edək ki, mövsümün 16-cı yarışından əvvəl ümumi nəticədə Rosberq Həmiltondan 8 xal çox toplayıb və çempionatda liderdir.