N.Rosberq: “Həyatda yarışmaqdan da vacib şeylər var”

Sabiq Formula1 sürücüsü Niko Rosberq bildirib ki, karyerasını bitirdiyi üçün peşman deyil və əlavə edib ki, həyatda daha vacib şeylər var.

F-1.az xatırladır ki, 31 yaşlı sürücü 2016-cı il mövsümündə Dünya Çempionu olduqdan 5 gün sonra karyerasını bitirdiyini açıqlamışdı.

Niko Rosberq: “Həyat sizə trasda dövrələr atmaqdan daha çox şey təqdim edə bilər. Hamı özü üçün ən yaxşısına qərar verməlidir və o yöndə həyatını formalaşdırmalıdır. Mən də belə etdim və peşman deyiləm.

11 ildir ki, xizəklə məşğul ola bilmirəm, çünki müqaviləmdə belə bir maddə var idi. Amma artıq öz həyatımda söz sahibi ola biləcəm və ailəmlə birlikdə daha əyləncəli işlər görəcəyik.

Bundan başqa investisiya da qoya bilərəm. Məsələn, elektrik avtomobilləri çox gözəl sahədir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*