N.Rosberq: “Həmiltonun əlini sıxmamağım qəsdən edilmiş hərəkət deyil”

Niko Rosberq və Lyuis Həmilton mətbuat konfransında fotoqraflara poza verərkən, bir-birinin əlini sıxmayaraq, klassik formada durublar və bu hərəkət Formula1 Dünyası tərəfindən birmənalı qarşılanmayıb.

F-1.az xatırladır ki, son yarış ərəfəsində almaniyalı sürücünün 12 xallıq üstünlüyü var və yarışı podiumda bitirəcəyi halda, karyerasının ilk Dünya Çempionu titulunu qazanacaq.

Niko Rosberq: “Bizə dedilər ki, şəklinizi çəkəcəyik və buna görə də ayağa qalxmalısınız. Yoxsa mən Lyuisin əlini sıxmaqdan qaçmaram. Aramızda heç bir problem yoxdur.

Təbii ki, mövsüm ərzində münasibətimizdə enişli-yoxuşlu dövrlər oldu, amma hazırda bir-birimizə hörmət edirik. Bu vəziyyəti yaxşı idarə edirik. Hazırda çempionatda üstün olan mənəm. Yarışdan sonra nə olacağını bilmirəm, amma indidən sonra məğlub olmağın asan olmayacağına əminəm. Buna görə də, bu bərədə düşünməməyə çalışıram. Yarışda qaydalar çərçivəsində mübarizə aparacayıq. Haqsız rəqabət olmadığı müddətdə hər şeyi qəbul edəcəyimizə əminəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*