F-1.az xatırladır ki, Rosberq və Həmilton 2013-2016-cı illərdə Mercedes komandasında bir yerdə yarışmış və çoxlu problem yaşamışdılar.
Niko Rosberq: “Keçmişdə Lyuislə yaxın dost idik. Amma keçən il aramız pisləşdi, lakin aramızın düzəlməməsi üçün heç bir səbəb yoxdur. Artıq rəqib deyilik və qayıtmaq barədə düşünmürəm. Buna görə də yenidən söhbət etməyimiz problem olmamalıdır.
Lyuis hər şeyi istədiyi kimi edir və ona hörmət edirəm. O, çox güclü sürücüdür və uğurları bunun isbatıdır. Çox adam xasiyyətinə görə onu sevmir, amma yarışçılar da əylənə bilər. O göstərdi ki, əylənməklə də çempion olmaq mümkündür”.