F-1.az xatırladır ki, “gümüşü oxlar” Əbu Dabi yarışında rahatlıqla dubl ediblər.
Niko Rosberq: “Əgər yarışda Lyuis sizi dəli kimi izləyirsə, deməli, vəziyyət pisdir. Bunun nə demək olduğunu anlayıram. Bottasa mükəmməl təzyiq tətbiq etdi. Valtterinin yerindəsinizsə, onda xırda səhv belə etməməlisiniz. Hər dövrə əlinizdən gələni etməlisiniz.
Ferrari və Mercedes arasında 20 saniyə fərq var idi. Bu, Formula1 üçün yüksək rəqəmdir. Mövsümün son yarışında belə halın olması yaxşı olmadı. Gələn il Lyuis rahatlıqla çempion ola bilər”.