F-1.az xatırladır ki, Həmilton komanda yoldaşı Rosberqi 0.2 saniyə geridə qoyaraq, bu mövsüm 10-cu poulunu qazanıb.
Lyuis Həmilton: “Sıralanma turunda ən sürətli dövrə vurmaq sərbəst yürüşlərə nisbətən daha çətindir. Bu bizi daha da həyəcanlandırır. Bu gün yaxşı dövrə vurdum və yarış üçün üstünlük qazandım.
Trasda asfaltla ilişmə keçən ilə nisbətən daha yaxşıdır. Buna görə də, bolidi sürərkən özümü əsl Formula1 trasında hiss etdim. Keçən il bolidlər bütün həftəsonu boyu sürüşürdülər”.
Sıralanmada ikinci olan Rosberq də Həmiltonun mükəmməl dövrə vurduğunu qeyd edib: “Lyuis bu gün çox sürətli idi. Mənim tempim onunku qədər güclü deyildi və nəticə belə oldu. Amma zərəri minimuma endirdim. Red Bull və Ferrari-ni nəzarətdə saxlayaraq, Həmiltonla yarışmaq istəyirəm. Ümid edirəm ki, işlər istədiyim kimi gedər”.