F-1.az xatırladır ki, britaniyalı sürücü, həm Bəhreyndə, həm də Çində komanda yoldaşı Valtteri Bottasın gerisində qalıb. Finlandiyalı sürücü hər iki yarışda da qələbəni son anda əldən verdiyi halda, Həmilton rəqiblərinin sıradan çıxması hesabına Bəhreyndə 3-cü, Çində isə 4-cü ola bilib.
Niko Rosberq: “Lyuis ideal formasından çox uzaqdır. Amma keçmişdə də belə çətin dövrləri olub. Əgər özünə inamı yoxdursa, düşünməyə başlayır və çoxlu səhvlər edir. Onun Bakıda nə edəcəyi mənə maraqlıdır”.
Xatırladaq ki, Həmilron son qələbəsini 2017-ci ilin sondan 3-cü yarışı ABŞ-da əldə edib. Bu da o deməkdir ki. britaniyalı sürücü 5 yarışdır qalib gələ bilmir. Dördqat Dünya Çempionu belə halla sonuncu dəfə 2016-cı ildə qarşılaşmış və həmin il Dünya Çempionluğunu əldən vermişdi.