F-1.az xatırladır ki, Rosberq yay tətilindən sonra bütün yarışları Həmiltonun önündə bitirib və hazırda almaniyalı sürücü 33 xal irəlidədir.
Həmilton mətbuat konfransında Snapchat-a girdiyi üçün tənqid edilmişdi və komandasının təşkil etdiyi şənbə mətbuat konfransında heç bir suala cavab verməyərək, zalı tərk etmişdi. Jurnalistlər Rosberqdən Həmilton barədə soruşublar: “Bu barədə heç nə deyə bilmərəm. Çünki yarış həftəsonlarında onun performansı yüksək olur. Xüsusən də, Malayziya yarışından sonra Həmilton yarışlara daha çox fokuslanır. O mümkün qədər çox işləyir. Nəticəsini bir az da yaxşılaşdırmaq üçün aylarla işləyir”.
Rosberq bildirib ki, Həmilton özünü məhv etmir: “O özünü məhv etmir. O, motivasiya yığıb və yarışlara fokuslanıb. Mən isə yarış həftəsonunda və ondan sonra nə etdiyimi bilirəm”.