F-1.az xatırladır ki, Ferstappen daha sonra pitə girib, keçid təkərlərini götürdüyü üçün geriyə düşüb və bundan sonra Rosberq hər şeyi nəzarətdə saxlayaraq, yarışı ikinci yerdə başa vura bilib.
Niko Rosberq: “Bu gün qalib gəlmək üçün trasa çıxmışdım, amma işlər istədiyim kimi getmədi. Lyuis mükəmməl performans göstərib, qalib gəldi. Trasdakı şərait çox çətin idi, buna görə də ikinci yerə görə sevincliyəm və bu nəticə ilə yaşaya bilərəm.
Xüsusən də, trasın son döngələrində bolidi idarə etmək çox çətin idi. Amma bolidi trasda saxlaya bildim və finişə gələ bildim. Yarışboyu limitdə sürdüm və ikinci olduğum üçün sevincliyəm. Yarışın idarə heyəti üçün də çətin bir gün idi, amma hər şeyə yaxşı nəzarət etdilər”.