F-1.az xatırladır ki, sonuncu Ciddə yarışında Rassell 4-cü, Həmilton isə 5-ci olub.
Niko Rosberq: “Onun yarışdan sonra üz ifadəsini gördüm. Komanda yoldaşına uduzduğu üçün qaş-qabaqlı idi. Corc gələcəyin Dünya Çempionudur və Lyuis üçün çətin dövrlərdir.
Corc keçən il gözəl mövsüm keçirdi və bu il də əla formadadır. Bizi böyük mübarizə gözləyir, amma unutmayaq ki, Lyuis F1 tarixinin ən yaxşı sürücüsüdür. Buna görə də Corcu yalnız Lyuis məğlub edə bilər.
Lyuis bəzən zehni cəhətdən çökür və bu onun zəif nöqtəsidir. Ancaq hər dəfə böyük partlama edərək geri qayıdıer. Buna görə də Corc çox rahatlana bilmir”.