F-1.az xəbər verir ki, Niko Rosberq bildirib ki, onlar yeni mövsümə yaxşı başlayıblar: “Yeni gələn detalları mən də diqqətlə təhlil edirəm. Komanda olaraq harada olduğumuzu bilirəm, amma bu barədə sizə heç nə deməyəcəm”.
Niko Rosberq bildirib ki, bəzi yerlərdə səhv etsələr də, komanda hər şeyə tam nəzarət edir: “Komanda çox işləyir və onları belə görmək çox gözəldir. Bolidimiz saat kimi işləyir, əgər problemimiz olsaydı, bu bizim üçün böyük vaxt itkisinə səbəb olardı”.
Almaniyalı sürücü bildirib ki, o, bolidin həm yol tutumundan, həm də görüntüsündən razıdır və əlavə edib ki, boliddə çoxlu yenilik var.
Niko Rosberq zaman nəticələri ilə bağlı suallara da cavab verib: “Mən deyə bilmərəm ki, ən sürətli bizik, amma özümüzü inkişaf etdiririk”.
Almaniyalı sürücü sonda bildirib ki, qırılan xırda detallara görə adi problemlərlə üzləşiblər…