N.Rosberq: “Hamının yerinə məyusam”

Lyuis Həmilton bildirib ki, İspaniyadakı qəzaya baxmayaraq, Rosberq ilə aralarındakı münasibət dəyişməyəcək...

F-1.az xatırladır ki, qəzadan sonra müsahibə verən Rosberq bildirmişdi ki, aranı düzəltmək üçün Həmiltonla oturub danışacaqlar, amma Həmilton bildirib ki, gələcəkdə də heç bir şey dəyişməyəcək.

Lyuis Həmilton: “Düzünü desək, dəyişən heç bir şey yoxdur. Sadəcə yarışmağa davam edəcəyik. Sözün düzü, çalışacayıq ki, gələcəkdə bu cür hadisələr baş verməsin. Bu qədər.

Yarışacayıq və Monakoda eyni vəziyyətdə olmayacayıq, çünki bu cür fürsətlər həmişə ələ düşmür”.

Rosberq də bu barədə fikirlərini bildirib: “Növbəti günlərdə bu mövzu barədə düşünməliyəm. Hazırda heç bir şey deyə bilmərəm.

Hazırda hər şey yeni baş verib. Bu yarışı qazana bilərdim, buna görə də çətin vəziyyətdir. Sadəcə özüm üçün yox, bütün komanda üçün məyusam. Çünki biz bir komandayıq. Bu mövzuda birlikdəyik.

Komandadakı işçilərin bu iki bolid üzərində nə qədər çox işlədiyini bilirəm. Bizim ikimizin birdən çınqıllı sahəyə çıxmağımız və yarışı vaxtından əvvəl dayandırmağımız onlar üçün ən pis şeydir. Hamı üçün məyusam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*