N.Rosberq: “Halo məni narahat etmədi”

Mercedes komandasının sürücüsü Niko Rosberq Belçikada birinci sərbəst yürüşlərdə ilk dəfə halodan istifadə edib və bu sistemin onu narahat etmədiyini deyib...

F-1.az xatırladır ki, almaniyalı sürücü trasda halo ilə uzun müddət qalıb və ən sürətli dövrəsini bu sistemlə atıb. Rosberq bu testdən sonra haloya dəstək verib.

Xatırladaq ki, halo 2017-ci ildə tətbiq olunmalı idi, amma bu sistemə lazımi dəstək gəlmədiyi üçün, idmana gəlişi 2018-ci ilə qədər təxirə salınıb.

Niko Rosberq: “Komanda halo mövzusunda əla işlədi. Sistem məni narahat etmədi. Tez sürətləndim və ən sürətli dövrəmi vurdum. Buna görə də, əla test oldu”

Niko Rosberq birinci sərbəst yürüşlərdə 1-ci yeri tutsa da, ikinci sərbəst yürüşlərdə yumşaq təkərlərdən istifadə edə bilməyib və 6-cı olub: “Bolidimiz sürətlidir. Nahardan sonra hamı fərqli təkərlərdən istifadə etdi. Buna görə də, hər şey bir-birinə qarışmışdı. Burada yarış tempi çox vacibdir, çünki tras ötmələr etmək üçün əlverişlidir. Hazırda vəziyyətin nə yerdə olduğunu bilmirəm, amma təkərlər tez yeyilir və bazar günü bu amil çox vacib olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*