N.Rosberq Formula1-də olmaq istəmir

Sabiq Formula1 sürücüsü Niko Rosberq bildirib ki, komanda rəhbəri olmayacaq.

F-1.az xatırladır ki, almaniyalı sürücünün hazırda Extreme E-də komandası var.

Niko Rosberq: “İnsanlar mənə deyirlər ki, Extreme E-də əla işləyirsən və Formula1-də komanda rəhbəri olmağımı təklif edirlər. Lakin mən razı deyiləm. Formula1-də olarkən ailənizlə və dostlarınızla vaxt keçirə bilmirsiniz. Mən bu işi keçmişdə görmüşəm. Artıq Formula1-də olmaq istəmirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*