F-1.az xatırladır ki, Mercedes 2019-cu ildən etibarən Formula E-də də mübarizə aparacaq. Beləliklə, Formula E-də 2019-cu ildən etibarən Audi, BMW, Mercedes, Jaguar ve Renault kimi markalar mübarizə aparacaqlar.
Almaniyanın Auto Bild nəşri isə iddia edib ki, Formula1-dən keçən il istefa verən Niko Rosberq Mercedes-in Formula E komandasına rəhbərlik edə bilər. Almaniyalı çempiona yaxın olan resurslar da Rosberqin bu təklifi rədd etmədiyini bildiriblər: “Rosberq Monakoda Formula E-nin rəhbəri Alexandro Aqaq ilə danışıqlar aparırdı”.
Əgər bu xəbər təsdiqlənsə, Rosberq Prostdan sonra Formula E-də komandaya başçılıq edən Formula1 üzrə ikinci Dünya Çempionu olacaq.