Sabiq Formula1 sürücüsü şəxsi Twitter hesabında layihəyə aid şəkil paylaşıb və yazıb: “Mən bu layihənin səfiri olduğum üçün çox xoşbəxtəm”.
Layihənin əsas məqsədlərindən biri sükan arxasında içkili vəziyyətdə əyləşməməyə çağırmaqdır. FİA olduqca sadə olan 10 qayda ilə çox sayda insanın həyatının xilas edilməsinin mümkünlüyünü bildirir:
- Sürət rejiminə riayət edin
- Uşaq kreslosundan istifadə edin
- Təkərlərin təzyiqini müntəzəm yoxlayın
- Sükan arxasında telefondan istifadə etməyin
- Təhlükəsizlik kəmərindən istifadə edin
- Sükan arxasına heç vaxt sərxoş vəziyyətdə əyləşməyin
- Hər zaman diqqətli olun
- Hərəkət zamanı həmişə faraları yandırın
- Yorğunluq hiss etdikdə dayanın
- Motosikletdə əyləşərkən dəbilqədən istifadə edin
Qeyd edək ki, FİA-nın layihələrinə tanınmış simalar, siyasətçilər, 13 idmançı, o cümlədən, Felipe Massa, Fernando Alonso və MotoGP üzrə üçqat dünya çempionu Mark Markes də qoşulublar.
I am proud to be a #3500LIVES campaign ambassador for the new @fia #RoadSafety campaign. Learn more at https://t.co/Brfuvm5xjg pic.twitter.com/guk5sulczY
— Nico Rosberg (@nico_rosberg) March 11, 2017